Türkiyənin barışıq çağırışlarına Bəşər Əsəd elə bir cavab verdi ki, barışıq prosesi hələ başlamamış nəinki qeyri-müəyyən vaxta qədər donacaq, həmçinin bir daha sübut olunur ki, Əsəd kimi diktatorlar düzələn deyillər. Barmağı qapı arasından çıxan kimi "filə dönür".
Qaziler.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aydın Quliyev paylaşım edib.
"Ərdoğanın Müdafiə naziri onun naziri ilə Moskvada ötən ilin dekabrında görüşdü, bu günlərdə XİN başçılarının da görüşə biləcəyi məlumatları yayıldı və Ərdoğan hətta Əsədin özü ilə də görüşün mümkünlüyünü istisna etmədi.
Bu da Əsədin cavab reaksiyası - Putinin nümayəndəsinə dedi ki, barışıq üçün Türkiyə qoşunularını Suriyadan çıxarmalı və müxalifətə dəstəyi dayandırmalıdır. Sonrasını siz düşünün. Əsəd Suriyanın şimalında Türkiyəyə yaxın bütün qüvvələri bala-bala əzmək planlarını işləyir. Hətta Türkiyəyə düşmən kürd qüvvələrini daha da gücləndirəcək.
Araşdırın ki, Türkiyənin Suriyaya girməsi səhv idi, ya ordan çıxması səhv olacaq?"
QAZİLER.AZ