"Qarabağdan Ermənistana iki gizli yolun varlığı barədə xəbərlər yayılıb. Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah və sursat daşığıdı barədə fikirlər var. Bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir".
Qaziler.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu paylaşım edib. O, qeyd edib ki, ermənilərin silah daşıdığı həmin yollar ən pis halda raket zərbəsi ilə dağıdılmalıdır.
"Aydındır ki, həmin yol və ya yollar varsa asfaltlanmayıb, istifadə etmək asan deyil. Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır. Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmə imkanlarımız da var. Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa çığır yollar da varsa onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır".
QAZİLER.AZ