İsrailin Azərbaycandakı səfiri Corc Dik “Caliber” layihəsinin qonağı olub.
O, diplomatik nümayəndəliyin binasında layihə analitikinin suallarını cavablandırıb.
Müsahibənin videoyazısı “Caliber”in “YouTube” kanalında yayımlanıb.
Videomaterialda İsrail – Azərbaycan münasibətlərinin əsas aspektlərinə toxunulub.
Diplomat iki ölkə arasındakı əməkdaşlığı strateji olaraq səciyyələndirib və ikinci Qarabağ müharibəsi zamanı ölkəsinin qardaş Azərbaycan xalqıyla ciyin-çiyinə mübarizə apardığını vurğulayıb.
Daha ətraflı “Caliber”in videomaterialında: