Ermənistan mediası bu günlərdə yazdı ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova İlham Əliyevin yanvarın 10-da tv-lərə müsahibədə dediyi bu fikrə-Ermənistan delimitasiya danışıqlarına gəlməsə, biz sərhəddi öz bildiyimiz yerlərdə çəkəcəyik - guya "bu təxribatdır" kimi cavab verib.
Tam yalandır. Zaxarova İlham Əliyevin fikrinə belə sözlərlə cavab verməyib. Onun brifinqdə dediklərinin tam mətni ilə tanış olmaq olar.
Əksinə, Zaxarova məhz Paşinyanın son günlər rus bazasını Ermənistan üçün təhlükə adlandırdığı bəyanatı, habelə Paşinyanın sülh sazişi barədə həm Moskvanın, həm də Qərbin variantlarını dəstəkləməsini təxribat və ziddiyyətli adlandırıb.
Yalanların sonu gəlməz, erməni təbliğatını sözbəsöz ifşa etməsək...
Siyasi şərhçi, jurnalist Aydın Quliyev
QAZİLER.AZ