"İsraillə Azərbaycan arasındakı əlaqələri daha da genişləndirəcəyik" - Corc Dik

"İsraillə Azərbaycan arasındakı əlaqələri daha da genişləndirəcəyik" - Corc Dik backend

İsrailin Azərbaycandakı səfiri Corc Dik Muxtar Məmmədovu Azərbaycanın İsraildəki səfiri təyin olunması münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Səfirliyinizin açılışını və orada işinizin başlamasını səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik”, - israilli diplomat bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib.

loading...
Diaspora