Dövlət Baxçalı Vətən Müharibəsi qazilərinə qızıl Boz Qurd nişanı hədiyyə edib – FOTO

Dövlət Baxçalı Vətən Müharibəsi qazilərinə qızıl Boz Qurd nişanı hədiyyə edib –   FOTO backend

Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Türkiyədə səfərdə olan Azərbaycan qaziləri yanvarın 9-da Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalı ilə görüşüb.

Qaziler.az herbiand.az-a istinadən bildirir ki, bu barədə Vətən müharibəsi qazilərinin Türkiyə səfərinin təşkilatçısı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Emin Həsənli bildirib ki, Ankarada partiyanın mənzil qərargahında keçirilən görüş maraqlı anlarla yadda qalıb.

“Qaziləri böyük coşğu ilə qarşılayan Dövlət Baxçalı öz təçəkkürlərini çatdırdı. O bildirdi ki, çox sağ olun ki, qədim türk torpaqlarını azad etdiniz. Daha sonra Baxçalı Vətən müharibəsində əldə olunan qələbədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini vurğuladı. İlham Əliyevin uğurlu siyasətini qeyd edən Dövlət Baxşalı onun Türk birliyinin yaradılması yoilunda atdığı uğurlu addımları da yada saldı”.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Emin Həsənli Vətən müharibəsində qardaş Türkiyəni və Prezident Rəcəb Tayib Ərdoğanın siyasi və mənəvi dəstəyini yada salıb. Daha sonra o,  Milliyyətçi Hərəkat Partiyası sədri kimi Dövlət Baxçalıya hər zaman Azərbaycanın haqq içini dəstəklədiyi üçün təşəkkürünü bildirib.

“Milliyyətçi Hərəkat Partiyası rəhbərliyinin hər zaman Azərbaycan qazilərinə həssaslıqla yanaşdığını yada saldım. Eyni zamanda Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyinin 2020-ci ilin Tovuz döyüşlərindən sonra şəhid ailələrini ziyarətini qeyd etdim. Vətən müharibəsi zamanı Milliyyətçi Həkimlər Dərnəyinin Azərbaycana gəlmək istəklərini xatırlatdım və bunun iki qardaş xalq arasında olan səmimi münasibətin təzahürü olduğunu bildirdim, Yada saldım ki, Milliyyətçi Həkimlər Dərnəyi hər zaman Azərbaycana dəstək olub hər il Qurban bayramında Tərtərdə, Ağcəbədidə, Bərdədə, Ağdamda qurbanlar kəsirlər”.

Görüşün sonunda Dövlət Baxşalı Azərbaycan qazilərinə qızıldan hazırlanmış Boz Qurd döş nişanını hədiyyə edib.

Azərbaycan nümayəndələri adından Emin Həsənli də Dövlət Baxçalıya Qarabağ xalısı, eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin 100 ilini əhatə edən “Əbədi qardaşlıq yolu” və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyə ilə əlaqəli fəaliyyətinin 20 ilini özünd əks etdirən kitabları hədiyyə edib.

Diaspora