Nensi nənədən sonra Ermənistana Pive xala gedir - ermənilərin təsəllisi...

Nensi nənədən sonra Ermənistana Pive xala gedir - ermənilərin təsəllisi... backend

Pis deyil, Pive ilə gedər...

BMT Təhlükəsizlik Şurasında növbəti uğursuzluğa düçar olan Emmanuel Makron indi də ermənilərin könlünü almaq üçün partiyadaşı, Fransa Milli Assambleyasının prezidenti Yael Bron-Piveni İrəvana göndərir. Baş nazir Nikol Paşinyanın təbliğatçıları isə, artıq xanım Bron-Pivenin gözlənilən səfəri ilə bağlı “proqnoz”larını üyütməyə başlayıblar. Onların qənaətinə görə, Bron-Pive Birləşmiş Ştatlardan olan həmkarı “Nensi Pelosinin izi” ilə gəlir və bu səfər bölgədə yeni dəyişikliklərin əsasını qoyacaq. Amma “yeni dəyişikliklər”in nədən, yaxud nələrdən ibarət olacağını, nədənsə bir kimsə dilə gətirmir. Qeyd edim ki, Ermənistanda eyni “bayram” əhval-ruhiyyəsi ABŞ Konqresinin Nümayəndələr Platasının sədri Nensi Pelosinin səfəri öncəsi də nəzərə çarpırdı. Rusiya əleyhinə aksiyalar keçirilir, şüarlar səsləndirilir, Putinin şəkli Pelosinin “mübarək” portreti ilə əvəzlənir, “ellikcə” haylara hay verən hayhayı getmiş Nensi nənənin pişvazına çıxırdılar. Sonrası nə oldu? Nensi nənə gəldi, ahıl vaxtında günahlarını və dərdlərini yada salıb yanağından bir neçə damcı yaş axıtdı və getdi. Beləliklə, Yael Bron-Pive xala da gələcək, bir hovur ağlayacaq, fransızsayağı təbəssümlə ümid və təsəlli verib qayıdacaq Parisə.

Ermənilərə görə, Yael Bron-Pive ilə Nensi Pelosinin arasında “mistik” bir bağlılıq da var. Bron-Pivenin doğulduğu şəhərin və Pelosi nənənin adı ingilis dilində eyni yazılır - “Nansy”. İndi ermənilər, niyəsini bilmirəm, bu iki “Nansy” arasında bağlılıq axtararaq, “qafiyə tutur”, Gümrüdə ruslara qarşı aksiya keçirir, öz qafaqlarına görə “manevr” edirlər.

Amma yenə də anlaya bilmirlər ki, Peolosinin göz yaşlarında “duza qoyduqları” ümidlərini ən yaxşı halda Bron-PİVE ilə “yeyəcəklər”.

Son təsəlliləri də yəqin belə olacaq: “Pis deyil, Pive ilə gedər...”

Elçin Mirzəbəyli

QAZİLER.AZ

Diaspora