"Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı" - Politoloq

"Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı" - Politoloq backend

Fransa prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha biruzə verib.

Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Makron Rusiya prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib: “Mən onunla görüşəndə onun pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”. Aydındır ki, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edib və beləcə yola salır. Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür Makron gözləyirmiş ki, əgər Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa Rusiya prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı. Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qol Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyərdi ki, “Stalin pis adama bənzəmir”. Halbuki, milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qol bilməmiş deyildi. Təsadüfi deyil ki, Şarl de Qol 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı: “Qarşımda xalqının qanını sormağa hazır olan tiran dayanmışdı”. Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı".

QAZİLER.AZ

Diaspora