Fransızlar 2023-cü illə bağlı pessimistdirlər - Politoloq

Fransızlar 2023-cü illə bağlı pessimistdirlər - Politoloq backend

"Fransızlar 2023-cü illə bağlı 2022-ci ilə nəzərən bədbindirlər".

Qaziler.az bildirir ki, bunu politoloq Tural İsmayılov bildirib.

"Onlar özləri və digər ölkələr üçün 2023-cü ilin 2022-ci ildən yaxşı olmayacağını düşünürlər.

“Elabe” sosioloji sorğu xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə fransızların 50%-i 2023-cü ilin ölkələri üçün 2022-ci ildən pis olacağını, 33%-i nə daha yaxşı, nə də daha pis, 8%-i isə daha yaxşı olacağını düşünür.

Respondentlərin 38%-i yeni ilin şəxsən özləri üçün nə daha yaxşı, nə də pis, 34%-i daha az yaxşı və 16%-i daha yaxşı olacağını düşünür.

2023-cü illə bağlı daha pessimist olanlar isə dolanmaq üçün özlərini məhdudlaşdırmalı olan fransızlardır ( 45%-i özləri üçün, 77 %-i isə ölkə üçün daha az xeyirli olacağını düşünür). Siyasi baxımdan isə Marin Le Penin seçiciləri daha pessimistdirlər (52%, 69%).

Gəncləri isə böyüklərlə müqayisədə daha azı mənfi əhval-ruhiyyədədirlər ( 26%-i qəzəb, 29%-i özünə inam hiss edir).

Fransızlar üçün alıcılıq qabiliyyəti icra hakimiyyətlərinin bir nömrəli prioriteti olaraq qalır. Bu məsələ əhalinin və seçicilərin bütün kateqoriyaları üçün də prioritet olaraq qalır. Bunu xüsusilə, fəhlə sinifləri (64%), 35-64 yaşlılar (62%), kənd sakinləri (62%) və siyasi siniflər qeyd edirlər.

Hər 5 fransızdan təxminən biri təhlükəsizlik (23%,), ətraf mühit/ekologiya (22%,), pensiyalar (21%), immiqrasiya (19%) , sosial bərabərsizliklər/ ədalətsizliklər (18%, ) barədə danışır.

Sorğuda Emmanuel Makron və hökumətin arzuladığı pensiya islahatı ilə bağlı yanaşmalar da öyrənilib. Fransızların 44%-i hesab edir ki, bunu məsləhətləşmələrə, müzakirələrə vaxt ayırmaqla gerçəkləşdirmək lazımdır, 38%-i isə reallaşdırmaq lazım olmadığını bildirir. Respondentlərin 17%-i isə bu islahatın dərhal həyata keçiriliməsinin zəruri olduğunu düşünür", - politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora