Putinin Ukraynada elan etdiyi atəşkəsin səbəbi: Ərdoğan ona nə təklif edib?

Putinin Ukraynada elan etdiyi atəşkəsin səbəbi:  Ərdoğan ona nə təklif edib? backend

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna prezidenti Volodomir Zelenskiyə zəng edib. Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin".

Qaziler.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. Politoloq Putinin Ukraynada bütün cəbhəboyu atəşkəs elan etməsini şərh edib:

"Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir. Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir. Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir. Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

QAZİLER.AZ

Diaspora