Qarabağda suverenliyimizi BU HALDA tam təmin etmək mümkündür!

Qarabağda suverenliyimizi BU HALDA tam təmin etmək mümkündür! backend

"Hazırda Ruben Vardanyan Qarabağda suverenliyimizin tam bərpası üçün Nikol Paşinyanın 2018-2020-ci illərdəki rolunu oynayır".

Qaziler.az xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy paylaşdığı feysbuk statusunda yazıb. O, Qarabağda suverenliyimizin təmin edilməsinin uğurlu yolunu belə açıqlayıb:

"Paşinyan kimi Vardanyan da həm davam edən, əslində çox yavaş prosesi sabotaj edir, həm də Azərbaycana qarşı iddialı fikirlər dilə gətirir. Ancaq ekologiya konteksli başlayan fəaliyyəti güclü və qərarlı formada davam etdirsək və yeni istiqamətlər əlavə edərək gücləndirsək zamanla Vardanyan başda olmaqla Qarabağdakı işğal tör-töküntüsünün valı necə dəyişəcəyini də görəcəyik, inşallah!

Qlobal və regional amillər Azərbaycan üçün başda Xankəndi və Xocalı olmaq üzrə bütün Qarabağda tam suverenliyini təmin etmək üçün əlverişli şərtlər yaradır.

Əgər diplomatik, hərbi, iqtisadi və mədəni amilləri doğru istifadə etsək 2025-ə qədər Qarabağda suverenliyimizi tam təmin etmə prosesi uğurla nəticələnməlidir!"

QAZİLER.AZ

Diaspora