Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib backend

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Apa-nın xəbərinə görə, səfir 2022-ci ilin möhtəşəm bir il olduğunu bildirib.

 

“2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.

Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, - deyə Fergus Auld vurğulayıb.

Diaspora