Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib backend

“Bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

“Report”un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatın bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib.

Diaspora