“İran potensial nəticələrə görə indiyədək ballistik raketlərini Rusiyaya ötürməkdən çəkinir”.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov telemarafonun efirində bildirib.
Eyni zamanda, kəşfiyyat rəsmiləri Rusiya ilə Tehran arasında belə razılaşmaların olduğunu vurğulayıblar:
“Bunun (raketlərin ötürülməsi) üzərində ciddi iş davam edir, baxmayaraq ki, biz ilkin razılaşmaların olduğunu bilirik, lakin indi gözləmək və görmək qalır”, - Yusov bildirib.
O əlavə edib ki, İranda hamı bunun rejimi necə təhdid edə biləcəyini anladıqları üçün Putinə kömək etməyə o qədər də həvəsli deyillər.
QAZİLER.AZ