Xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasından danışdı

Xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasından danışdı backend

İki ay ərzində Avropa İttifaqının (Aİ) 40 mülki şəxsdən ibarət missiyası delimitasiya olunmayan Ermənistan-Azərbaycan sərhədində monitorinq keçirməli idi. Bu missiya 19 dekabrda başa çatıb

Trend xəbər verir ki, bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Avropa İttifaqı tərəfindən yeni missiyanın planlaşdırılması mərhələsi baş tutur.

"Mütəxəssislər yeni missiya ilə bağlı planlaşdırmanı həyata keçirir. Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Baxmayaraq ki, missiya Ermənistan ərazisindədir, ancaq missiya Azərbaycan sərhədi istiqamətində olduğu üçün Azərbaycan tərəfi ilə məlumat mübadiləsi olmalıdır”, - deyə nazir əlavə edib.

Diaspora