"ABŞ-la Azərbaycan arasında enerji sahəsində işlər əla vəziyyətdədir".
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.V. Nuland bildirib ki, yeni layihələrin həyata keçirilməsinə çalışılır. O, iki ölkə arasında həyata keçirilən ilk layihənin Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi olduğunu açıqlayıb: “Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir. Biz istəyirik ki, bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası məsələsini Azərbaycan prezidenti lə müzakirə etdik. Prezident bu məsələdə çox maraqlıdır. Həmçinin, informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi məsələri müzakirə olundu”.