Naxçıvanın iri məmurları büsbütün kənarlaşdırılmalıdır! - Aydın Quliyev

Naxçıvanın iri məmurları büsbütün kənarlaşdırılmalıdır! - Aydın Quliyev backend

Naxçıvanın iri məmurları büsbütün kənarlaşdırılmasa, Səlahiyyətli nümayəndənin işi çox çətin olacaq....

Naxçıvanda kadr dəyişiklikləri tək Ali Məclisin sədri ilə məhdudlaşsa, orada islahat işi yarımçıq qalacaq. Cəmi üç qurumda 500 milyon manata yaxın yeyintinin aşkarlanması o deməkdir ki, belə acınacaqlı vəziyyətin bütün başqa orqanlarda da ola biləcəyini istisna etməməliyik. Bu qədər dövlət vəsaitinin ayrı-ayrı məmurlar tərəfindən təklikdə mənimsənildiyi də ağlabatan deyil. Naxçıvanda mütəşəkkil bir dəstənin cinayət əməllərinin əlamətləri görsənir. Hələ bəlkə uzantılar yaxın xarici dövlətlərə də gedib çıxır. Naxçıvanda iri və əsas kadrların dəyişdirilməsi də, DTX -nın əməliyyatları da öz sonuna çatdırılmalıdır. Qanunsuz əməllərə görə məsuliyyətin miqyası təkcə Vasif Talıbovla məhdudlaşmır. Birinci vəzifələri tutan hər bir məmurun -nazirlərin, Komitə və Xidmət, Agentlik rəhbərlərinin, nazir müavinlərinin məsuliyyəti var. Hətta Ali Məclisin deputatlarının da mənəvi -siyasi məsuliyyətindən danışmaq lazımdır. Heç kim yaxasını kənara çəkməməlidir.

Bütün əsas kadrlar dəyişdirilməsə, həm korrupsiya cinayətlərinin tam çərçivəsini çəkmək mümkün olmayacaq, həm də köhnə qanunsuzluqlara bulaşmış məmurlar yeni rəhbərliyin fəaliyyətinə gizli formalarda mane olmağa çalışacaq. Eyni zamanda, köhnə məmurların kənardan pozuculuq təlimatları almayacaqlarına da zəmanət yoxdur.

Köhnə iri məmurların büsbütün kənarlaşdırılması Naxçıvanın yeni rəhbərliyinin uğur qazana bilməsinin həlledici şərtidir. Bunsuz Səlahiyyətli Nümayəndənin işi çox çətin olacaq.

Aydın Quliyev / Jurnalist

QAZİLER.AZ

Diaspora