Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatının əksinə olaraq Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını uğurla yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları regionda vəziyyəti sabitləşdirmək üçün hər şeyi edir.
Bu barədə Qaziler.az “news.ru”ya istinadla xəbər verir.
“Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər. Vəziyyəti sabitləşdirmək üçün hər şey edən məhz Rusiya sülhməramlılarıdır və onlar buna nail olurlar. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur”, - Zaxarova vurğulayıb.
Xatırladıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında söyləyib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir.
QAZİLER.AZ