Türkiyə Gəncəyə yeni Baş konsul təyin etdi

Türkiyə Gəncəyə yeni Baş konsul təyin etdi backend

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib.

“Report”un məlumatına görə, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb.

Diplomat vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün səlahiyyət müddəti dekabrın 20-də başa çatıb.