“Qarabağda qardaşlarımıza verdiyimiz dəstəyə qarşı çıxanlar var”.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK partiyanın parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, müxalifətin bəzi nümayəndələri bu məsələdə fərqli mövqe sərgiləmişdi.
R.T.Ərdoğan həmçinin söyləyib ki, indi də Türkiyə iqtidarının bəzi addımlarını tənqid edənlər var.