Rusiyada kommunist, sosial demokrat, həqiqi və ya yalançı liberal demokrat (yəni LDPR), milliyyətçi və avrusiyaçılardan ibarət çox geniş və içində keçmiş hərbiçi, siyasətçi, bürokrat, intellektuallardan formalaşan geniş bir spektr var. İdeoloji yanaşmalar çox fərqli olsa da bunların ortaq özəllikləri arasında güclü bir Azərbaycan və Türkiyə əleyhdarlığı var.
Bu əleyhdarlığın motivi bəzən imperial keçmişə, bəzən xristian təəssübkeşliyinə, bəzən Qərbdə müəyyən mənada yayılmış Türk və İslamafob yanaşmaya, bəziləri ermeni lobbisi ilə əlaqələrə, bəzən də mövcud hakimiyyətdəki elitlər tərəfindən küsdürülmüş və uzaqlaşdırılmış olmaya söykənir.
Bu təbəqə xüsusilə Rusiyada Azərbaycan və Türkiyə ilə münasibətləri istər normal müstəviyə çəkilmə prosesləri və hadisələri içində olsun, istər gərginlik içində olsun əllərindəki imkanlarla ortaya çıxıb ortalığı qarışdırmağa çalışırlar. Əsasən içi boş-boş müsahibələr verirlər.
Son günlərdə bunlari xüsusilə ermeni lobbisi danışdırır, amma xeyri yoxdur, dünya region, ikili münasibətlər, hətta Rusiya daxili müxtəlif proseslər göstərir ki, Rusiya ilə Azərbaycan-Türkiyə münasibətləri normallaşma istiqamətində davam edəcək! Bu Ukrayna müharibəsi ilə başlamadı, onun bitişi ilə də bitməyəcək!
P.S.: Rusiya haqqında yazdıqlarımı bir az fərqli çalarlarla Qərb haqqında da yaza bilərəm!
Politoloq Nazim Cəfərsoy
QAZİLER.AZ