Belarus da Ukraynaya qarşı müharibəyə sürüklənir - Putinin səfərinin MƏQSƏDİ

Belarus da Ukraynaya qarşı müharibəyə sürüklənir - Putinin səfərinin MƏQSƏDİ backend

"Rusiya prezidenti Vladimir Putinin 3 illik fasilədən sonra Belarusa səfəri Ukraynada apardığı işğalçı müharibə ilə əlaqəlidir. Kreml sahibi Belarusu da Ukraynaya qarşı işğalçı müharibəyə sürükləmək istəyir".

Qaziler.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu feysbukda paylaşım edib. Politoloq şərhində Lukaşenkonun Putinin çaynaqlarından qurtula bilməyəcəyini, Rusiya liderinin ondan bərk-bərk yapışacağını qeyd edib:

"Rusiya onsuz da Belarus ərazisindən zaman-zaman Ukraynaya qarşı istifadə edir. Ancaq Putin bu dəfə Belarusdan artığını istəyir. Belarus prezidenti Aleksandr Lukaşenko nə qədər müharibədən məsafə saxlamağa çalışsa da, getdikcə Putinin istəyini qulaqardına vurmaqda çətinlik çəkir, Kreml Minskdən Rusiyadan aldığı ucuz enerji və kreditlərin qarşılığını istəyir. Lukaşenkodan başqa sadə belaruslar və belaruslu generallar da savaşa qatılmaq, Putinin şəxsi müharibəsində iştirak etmək, itki vermək istəmirlər. Lukaşenko qərarla bağlı vaxtı uzatmağa çalışacaq, ancaq müharibədə yerində sayan Putin ondan əl çəkən deyil".

QAZİLER.AZ

Diaspora