Ruben Vardanyan Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı terror törətməyə çağırıb

Ruben Vardanyan Qarabağda yaşayan erməniləri Azərbaycana qarşı  terror törətməyə çağırıb backend

Azərbaycanın Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının “dövlət naziri” yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.

Oxu.Az-ın məlumatına görə, o, dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub.

Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb.

R.Vardanyan sözün əsl mənasında ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar.

Xatırladaq ki, Cənubi Qafqazda siyasi vəziyyəti dəyişmək üçün Qarabağa ezam olunmuş Ruben Vardanyan hazırda bölgədəki vəziyyəti öz xeyrinə döndərməyə çalışır.

loading...
Diaspora