İrəvan Laçın dəhlizinin açılması üçün Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsi tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, azərbaycanlı ekoloqların etiraz aksiyasından dolayı Şuşa Xankəndi yolunda tıxac yaranıb.
İrəvan həmçinin mövcud vəziyyətlə bağlı Qarabağ sakinlərinin hüquqlarının pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini də qeyd edib.
QAZİLER.AZ