"Biz də onlarla anladıqları dildə danışaq"
Qaziler.az bildirir ki, bunu siyasi şərhçi Azər Həsrət deyib.
"Nə olar, bircə dəfə də olsa biz deyənə qulaq asın da. Örnək üçün, Qarabağa müvəqqəti buraxdığımız rusların erməniləşməsinə cavab olaraq Azərbaycandakı rus məktəblərinin ilkin mərhələdə ən azı 20 faizinin fəaliyyətinin məqsədəuyğun olmadığı haqqında müvafiq qurumun əsaslandırılmış açıqlaması gəlsin... Zatən bu bilgilər dövlətdə var. Süni şəkildə o məktəbləri saxlayırdıq ki, Quzey ayısı adam olsun. Olmur da bunlar adam. Olmursa, biz də anladıqları dildə danışaq onlarla. Demirəm ki, müharibə edək. Sadəcə məktəblərdən başlayaq. Bu arada, bütün yükləri dövlətə yükləməmək üçün vətənsevər həmvətənlərimizin özləri də uşaqlarını etiraz əlaməti olaraq urus məktəblərindən, Güney Azərbaycanlı soydaşlarımız demişkən, rədd edə bilərlər" - deyə siyasi şərhçi bildirib.
QAZİLER.AZ