"Fransa və ABŞ-dakı səfirliklərimizin təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yarana bilər".
Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Monitorinqə icazə verilməyəcəyi halda Ermənistanla Qarabağı birləşdirən yol bağlı qalacaq. Belə olan halda müxtəlif ssenariləri, o cümlədən qarşı tərəfin hansı təxribatlara əl atacağını proqnozlaşdırmaq məcburiyyətindəyik. Bunlardan biri erməni lobbisinin müharibə günlərində olduğu kimi bir neçə ölkədə Azərbaycan səfirlikləri qarşısında növbəti təxribatlara hazırlıq planları ola bilər. Fransa və ABŞ-dakı səfirliklərimizin təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yarana bilər", - politoloq bildirib.
QAZİLER.AZ