"Əlaqədar qurumlar Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı bu açıqlamanı etsin" - Politoloq

"Əlaqədar qurumlar Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı bu açıqlamanı etsin" - Politoloq backend

Ekologiya aksiyası fonunda Laçın-Şuşa yolunun bağlanması Rusiya sülhməramlıları Ermənistan ilə erməni diasporasına arxalanaraq müstəqil dövlət iddiasını sürdürən Qarabağdakı separatçı və onların himayədarlarını ağıllandırma prosesidir. Bu proses planlı və təkidli aparılsa, nəticə alınması yüksək ehtimaldır! Paşinyanın qismən ağıllandırma prosesi 44 gün davam etmişdi, görək bu neçə gün davam edəcək?

Bu çərçivədə Erməni radikallarının və separatçıların daxildə və xaricdəki təbliğatını təsirsiz hala gətirmək üçün Azərbaycanın əlaqədar qurumlarının aşağıdakı açıqlamanı etmələri faydalı olar:

1. Azərbaycan dövləti və ələqadar qurumlar Qarabağdakı mülki erməni vətəndaşlarımıza yarana biləcək tibbi, humanitar və iqtisadi çətinliklər qarşısında lazımi dəstəyi verməyə hazırdır.

2. Azərbaycan dövləti və ələqadar qurumlar Qarabağda hələ də Azərbaycan dövləti əleyhinə cinayətkar fəaliyyətlərə davam edənlərin hamısını həbs edib haqq etdikləri ən ağır cəzaları alması üçün məhkəmə önünə çıxardacaqdır! Son iki ildə Azərbaycan məhkəmələrində bunun çox sayda nümunəsi olduğunu o cinayətkarlara xatırladırıq!!!

Politoloq Nazim Cəfərsoy

Diaspora