Laçın-Şuşa yolunda baş verənlər budur:
Azərbaycan tərəfi bir neçə gün öncə suverenliyinin məntiqi nəticəsi olaraq Qarabağda ekologiyaya nəzarət və ölkə sərvətlərinin qanunsuz talanını dayandırmaq üçün addım atıb. Rusiya sülhməramlılarının komandanlığı öncə bu tam qanuni tələbi təmin edəcəyinə söz verib, sonra da Qarabağdakı ermənilərin prosesi sabotaj etməsinə imkan verib. İndi də Azərbaycan tərəfi deyir ki, madəm siz bu proseslərdə beynəlxalq hüquqa, üç tərəfli razılaşmalara və monitorinqlə bağlı son razılaşmaya əməl etmir və Qarabağdakı separatçıları prosesə qoşursunuz, o zaman biz də öz cəmiyyətimizi prosesə qoşuruq!
Bu işin sonunda Azərbaycanın monitorinq prosesini edəcəyini düşünürəm...
Politoloq Nazim Cəfərsoy