Rusiya Prezidenti Vladimir Putin Merkelin “Die Zeit” nəşrinə müsahibəsində Minsk razılaşmasıyla bağlı söylədiklərinə reaksiya verib.
Qaziler.az xəbər verir ki, Putin Merkelin dediklərinin onun üçün gözlənilməz olduğunu və məyusluq keçirdiyini bildirib:
“Mən Almaniya hakimiyyətinin Ukraynaya dəstək anlayışında səmimi davrandığını düşünürdüm. Lakin Merkelin söylədiklərindən sonra Rusiya mülki əhalinin müdafiəsi üçün Ukraynada hərbi əməliyyatlar keçirməklə düzgün addım atıb. Merkelin sözlərindən aydın olur ki, hətta Avropada heç kim danışıqları yerinə yetirmək niyyətində deyildi, ancaq Ukraynaya silah daşımaqdır. Rusiya Ukraynaya gec nəzər saldı, bəlkə də əməliyyatlara tez başlamalı idik, amma biz bunu sülh yolu ilə həll edəcəyimizə ümid edirdik. Beləliklə, Merkelin bəyanatlarından sonra kiminlə və hansı zəmanətlə danışıqların aparacağımız bəlli deyil”, - Putin deyib.
Qeyd edək ki, Angela Merkel “Die Zeit” nəşrinə müsahibəsində: “2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi. Kiyev də bu vaxtdan güclənmək üçün istifadə etdi, bu gün gördüyünüz kimi. 2014/15-ci ilin Ukraynası indiki Ukrayna deyil. O zaman NATO ölkələri Ukraynaya kömək etmək üçün indi etdikləri qədər çox şey edə bilərdilər” deyib.
QAZİLER.AZ