Erməni separatçılarının lideri Araik Arutyunyanın rusiyalı sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi aydındır.
Birincisi, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək. Bu isə Rusiya hərbi kontingentinin işğal altındakı ərazilərdə tikinti işlərini artırmasını diqtə edəcək. Separatçılara da elə bu lazımdır.
İkincisi, hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir. Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar.
Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar.
Elxan Şahinoğlu / "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri