Serjin cinayətkar kimi tanınması üçün 100 min səs toplandı

Serjin cinayətkar kimi tanınması üçün 100 min səs toplandı backend

Ermənistan prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınmasını tələb edən və BMT-yə ünvanlanan petisiyaya imzatoplama kampaniyası başa çatıb.

QAZİLƏR saytı xəbər verir ki, artıq Serj Sarkisyanı hərbi cinayətkar kimi tanıdan petisiyaya 100 mindən çox imza toplanıb. Sarkisyanı cinayətkar kimi görənlər içində 30-dan çox ölkənin vətəndaşları ilə yanaşı elə ermənilər də var.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupu tərəfindən BMT-yə mürcaiət məqsədilə petisiya yaradılmışdı. Artıq 100 min imza toplanıb və BMT Təhlükəsizlik Şurası bu məsələyə diqqət ayırmalı, ən azı ona reaksiya verməlidir.

Günahsız Azərbaycan vətəndaşlarına qondarma məhkəmə təşkil edib cəza kəsən Ermənistan rəhbərliyi özü beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Diaspora