Bu günün dünyasının gələcəyi xalqların inqilabına, qlobal xaosa doğru gedir- Politoloq

Bu günün dünyasının gələcəyi xalqların inqilabına, qlobal xaosa doğru gedir- Politoloq backend

Bu günün dünyasının gələcəyi isə xalqların inqilabına, qlobal xaosa, dövlətlərə zərbə vurmağa doğru gedir.

Qaziler.az bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinə (STM)  mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib. 

"Əvvəl pandemiya ilə dünya xalqlarını evlərdə həbs etdilər.

İstehsal dayandı, avtomatik iqtisadiyyat çökdü. Ardınca dünya ölkələri bəşəriyyətin tarixi ərzində ilk dəfə ən yüksək həddə borclandi.

Sonra evə qapadılan əhali sosial şəbəkələrə axın etdi və internetdən istifadə vaxtı da maksimum həddə çıxdı.

Bu dəfə qlobal güclər dünyaya ordan baxaraq artıq həm dövlətləri, həm də xalqları kurasiya etməyə başladılar.

İqtisadiyyat pozitiv xarakterə malikdir - yəni məzənnə xoş sözlə nəfəs alır.

Bu günün dünyasının gələcəyi isə xalqların inqilabına, qlobal xaosa, dövlətlərə zərbə vurmağa doğru gedir.

Yeni ssenari beləcə işləyir.

Ondan qabaq isə növbədə pulun kimin idarə edəcəyi məsələsinə aydınlıq gəlməsidir.

Məsələn, Çin Səudiyyə Ərəbistanından nefti yuanla almağa başlayacaq. Bu, dollar qarşısında ilk dirəniş olacaq.

Uğurlu olarsa, dünyanın gələcəyi dəyişər" - politoloq belə deyib.

QAZİLER.AZ

Diaspora