Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.
Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.
Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
Eyni zamanda Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu deyib.
Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.