Rusiyanın özü “Alma-Ata bəyannaməsi”nə riayət etməyib - Politoloq

Rusiyanın özü  “Alma-Ata bəyannaməsi”nə riayət etməyib -  Politoloq backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı tez-tez Alma-Ata bəyannaməsinə istinad edilməsi barədə danışsa da, Rusiyanın özü bu bəyanata riayət etməyib,

Qaziler.az bildirir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"2008-ci ildə Gürcüstanın, 2014-cü və 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü pozub, torpaqları işğal edib. Halbuki, Rusiya Alma-Ata bəyannaməsinə sadiq qalsaydı qonşu dövlətlərin ərazilərini işğal etməməli idi. Ermənistan da torpaqlarımızı işğal etdiyi 27 ildə Alma-Ata bəyannaməsini xatırlamırdı, baş nazir Nikol Paşinyan yalnız İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra bu barədə danışmağa başladı" - deyə politoloq qeyd edib

QAZİLER.AZ

Diaspora