Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin keçmiş III katibi Fərid Sübhanverdiyev bu il iyunun 18-də vəzifəsindən azad edilib. Bu barədə APA-ya Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, F. Sübhanverdiyev “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyihaqqında Əsasnamə”sinin müvafiq bəndlərinə əsasən işdən çıxarılıb: "O, tutduğu vəzifədən azad edilərək ezamiyyətdən geri çağırılıb, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib. Həmin tarixdən etibarən o, səfirlikdə çalışmır".Qeyd edək ki, səfirliyin digər III katibi Anar Həsənov da vəzifəsindən kənarlaşdırılaraq, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib.
Səfir Rövşən Cəmşidov APA-ya açıqlamasında A. Həsənovu "peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz əməkdaş" kimi xarakterizə edib.