Ərdoğandan “Qardaş yumruğu” mesajı: “Bir-birimizlə ətlə sümük kimiyik” - VİDEO

Ərdoğandan “Qardaş yumruğu” mesajı: “Bir-birimizlə ətlə sümük kimiyik” - VİDEO backend

“Bu təlimlər də göstərir ki, biz bir-birimizlə ətlə sümük kimiyik. Kimsə bizi bir-birimizdən ayıra bilməz, Allahın izniylə də ayıra bilməyəcəklər”.

Qaziler.az CNN Türk-ə istinadla xəbər verir ki, bu fikirləriTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin birgə keçirdiyi hərbi təlimin iştirakçılarına müraciətində deyib.

Təlimlər başa çatandan sonra İlham Əliyev Zakir Həsənovun telefonundan, Ərdoğan isə Hulusi Akarın telefonundan “Qardaş Yumruğu” təliminin hərbçilərinə səslənərək tapşırıqları müvəfəqiyyətlə yerinə yetirdikləri üçün onları təbrik ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.

QAZİLER.AZ

Diaspora