“İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir” - Səfir

“İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir” - Səfir backend

“İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Azərbaycan ilə əlaqələrimiz müxtəlif sahələrdə çox inkişaf edib. Kosmik sahə bizim böyük potensial gördüyümüz sahələrdən biridir", - səfir bildirib.

O, kosmik sahədə həm dövlət, həm də özəl səviyyədə daha yüksək səviyyəli əməkdaşlığı görmək istədiyini əlavə edib.

Səfirin sözlərinə görə, İsrailin çox inkişaf etdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq xüsusi potensiala malikdir.

Diaspora