Bu Volkov nala-mıxa vurmaqla sadəcə diqqəti yayındırır - ŞƏRH

Bu Volkov nala-mıxa vurmaqla sadəcə diqqəti yayındırır - ŞƏRH backend

"Erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir. Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin".

Qaziler.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu paylaşım edib. Politoloq Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan tərəfi ilə razılaşdırılmış mini gömrük postunun qurşadırılması haqda fikirlərini bu cür şərh edib:

"Separatçılar bu gün Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq. Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır".

Qeyd edək ki, bu gün Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirək. Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər” - fikirlərini səsləndirib. 

QAZİLER.AZ

Diaspora