ETSN və “AzerGold”un əməkdaşları Xankəndiyə daxil olublar

ETSN və “AzerGold”un əməkdaşları Xankəndiyə daxil olublar backend

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də “AzerGold”un əməkdaşları Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə daxil olublar.

Trend-in əldə etdiyi məlumata görə, sülhməramlıların qərargahında Azərbaycanın Qarabağ bölgəsində ətraf mühitin monitorinqi məsələsi müzakirə olunur.

Qeyd edək ki, Azərbaycan Respubulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edilib. Xankəndi-Şuşa yolu arasında faydalı qazıntıların qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərilib.

Diaspora