Ermənistan müxalifətinin əsas simalarından birinə çevrilən, il ərzində bir neçə dəfə baş nazir Nikol Paşinyana qarşı uğursuz küçə yürüşlərini təşkil edən “Hayastan” blokunun deputatı və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, “Ermənistanın Macarıstanla diplomatik münasibətləri bərpa etmək qərarı biabırçılıqdır”.
Qaziler.az xəbər verir ki, Ermənistanın Macarıstanla münasibətləri bərpa etmək istəyini politoloq Elxan Şahinoğlu şərh edərkən, Saqatelyanın bunu ermənilər üçün Ramil Səfərovu bağışlamaq kimi qəbul edildiyini qeyd edib:
"Saqatelyan bunu belə izah edib ki, bu tanınma Macarıstanda erməni zabiti öldürən və Azərbaycanda qəhrəman kimi qarşılanan Ramil Səfərovu bağışlamaq anlamına gəlir. Birincisi, Macarıstan Avropa İttifaqının mövqeyi olan dövlətlərdəndir və bu dövlətlə diplomatik münasibətlərin olmaması Ermənistanın maraqlarına zidd idi. Bu səbəbdən vaxtilə Ramil Səfəvorun azad olunmasına qarşı Macarıstanla əlaqələri kəsən İrəvan bunun əbədiyyətə qədər uzanmasının onun maraqlarına cavab vermədiyini anladı. O ki qaldı, Ramil Səfərova, Macarıstandakı məlum hadisə erməni təxribatına ilk tutarlı cavab idi, ardınca Mübariz İbrahimov şücaəti və İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə qəhrəmanlıq nümunəsi qeydə alındı. Ancaq işimiz hələ bitməyib..."
QAZİLER.AZ