Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib - FOTO - Yenilənib

Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib - FOTO - Yenilənib backend

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir.

Qeyd edilib ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Məlumat verilib ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.

Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib.

Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

 

*****

14:29

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Bu barədə AZƏRTAC xəbər verib.

Diaspora