Ərdoğandan Zəngəzur dəhlizi barədə AÇIQLAMA

Ərdoğandan Zəngəzur dəhlizi barədə  AÇIQLAMA backend

“Məkrli və ikiüzlü tələləri ancaq region ölkələri həmrəylik göstərərək aşa bilərlər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos magistral yolunun açılış mərasimində deyib.

“Sərhəd şəhərimiz Ağrı dünənə qədər terror və təhdidlərin kölgəsində yaşayarkən, bu günə ümidlə baxmağa vadar edən inkişafların ünvanına çevrilib. Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bu bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq. Bunun üçün ilk növbədə ölkəmizin inam və sabitlik mühitinə qəti şəkildə sahiblənməliyik.

Bizi illərlə narahat edən terror bəlasını bizimlə qarşı-qarşıya qoyanların məqsədi əlimizdə olan vasitələrdən istifadə etməmizə mane olmaq idi. Artıq o dövr başa çatıb”, - deyə Türkiyə lideri bildirib.

Mənbə: Haber Global

Diaspora