Müdafiə Nazirliyi sülhməramlı kontingentə: "İsrarla bildiririk ki..."

Müdafiə Nazirliyi sülhməramlı kontingentə:  "İsrarla bildiririk ki..." backend

“Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”.

Qaziler.az xəbər verir ki, bu, Müdafiə Nazirliyinin mətbuata açıqlamasında yer alıb.

“Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.

Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR” - deyə, məlumatda vurğulanıb.

Diaspora