"Bu, Tehranın müharibə planının göstəricisidir" - Politoloq

"Bu, Tehranın müharibə planının göstəricisidir" - Politoloq backend

"35 il sonra ilk dəfə bu cür şüar səsləndirən İran ordusundakı qoca generalların ruhunu oyatmağa çalışırsa çox böyük səhv edir. Hücum olarsa, bu, rejimin süqutu ilə nəticələnəcək".

Qaziler.az bildirir ki, bunu politoloq Zaur Məmmədov İranın son vaxtlar Azərbaycana qarşı yürütdüyü siyasətlə bağlı deyib.

"İranın molla rejimi İraqla müharibədən əvvəl ölkə daxilində "Qüdsə yol Kərbaladan keçir" şüarını səsləndirirdi. Bu dəfə isə, "Qüdsə gedən yol, Bakıdan keçir" şüarını səsləndirirlər.

Bu, Tehranın müharibə planının göstəricisidir. Qüdsü götürmək üçün Bakıdan başlamaq deməkdir!

35 il sonra ilk dəfə bu cür şüar səsləndirən İran ordusundakı qoca generalların ruhunu oyatmağa çalışırsa çox böyük səhv edir. Hücum olarsa, bu, rejimin süqutu ilə nəticələnəcək.

Ümumilikdə isə, bu hadisə bir daha onu sübut edir ki, geosiyasi amillər daima bəzi dövlətlər arasında müharibə versiyasını aktual edəcək" - deyə politoloq bildirib.

QAZİLER.AZ

Diaspora