"Sülhməramlılar" ərazilərimizi uydurma erməni toponimləri ilə yazma cürətini hardan alır?

"Sülhməramlılar" ərazilərimizi uydurma erməni toponimləri ilə yazma cürətini  hardan alır? backend

"Azərbaycan Müdafiə Nazirliyi qısa müddət ərzində artıq neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingentinin” rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirir".

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində qeyd edib. O, Qarabağdakı sülhməramlıların Azərbaycan ərazilərini uydurma erməni toponimləri ilə yazma cürətinin hardan qaynaqlandığını belə izah edib:

"Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovşanı “Madagiz” adlandırmaqda davam edirlər. Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl də ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, Xankəndini nə vaxt öz adıyla yazıblar ki? Kreml sahibi Vladimir Putin bircə dəfə hərbçilərinə desə ki, Qarabağla bağlı yazışmalarda və açıqlamalarda Azərbaycan qanunlarına riayət edin, “sülhməramlı kontingenti” şəhər, qəsəbə və kəndlərimizin adlarını olduğu kimi vurğulayar. Bunu etmirlərsə, demək Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar".

QAZİLER.AZ

Diaspora