Pakistan baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi

Pakistan baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi backend

Pakistan Baş naziri Şahbaz Şərif düyü idxalının beş il müddətinə vergidən azad edilməsinin təsdiqlənməsi səbəbilə Azərbaycan Prezidentinə təşəkkür edib.

Səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistan düyüsünün idxalının beş il müddətinə vergidən azad edilməsinin təsdiq edilməsinə görə təşəkkür edirəm. İki qardaş ölkə Qvadar limanının avtomobil, dəmiryolu və liman sistemləri vasitəsilə iqtisadi əməkdaşlığın və kommunikasiyaların inkişaf etdirilməsi üzərində çalışacaq”, - deyə o, paylaşımında qeyd edib.

Diaspora