Bölgəmizdəki geosiyasi vəziyyət getdikcə Azərbaycan Respublikasının xeyrinə dəyişir.
Qaziler.az bildirir ki, bunu politoloq Azər Həsrət deyib.
"Bir tərəfdə KTMT Ermənistanın son ümidlərini də birbaşa İrəvanda puç elədi, digər tərəfdə də İranı idarə edən fars-molla rejimi öz əməlləri ilə Güney Azərbaycan Cümhuriyyəti qurulmasının yolunu açdı. Ona qədərsə Ermənistanın işğalı altındakı torpaqlarımız öz gücümüzlə azad edildi və 30 ilə yaxın bir müddətdə fəaliyyət göstərmiş ATƏT-in keçmiş Minsk Qrupu da tarix oldu. Yəni bütün bunların tək bir səbəbi var: Azərbaycan və onun lideri vaxtında çox uzaqgörən, ağıllı və təmkinli siyasətə köklənmişdi. Nəticələr isə artıq ard-arda gəlir. Əlbəttə, rus sülhməramsızlarının da bölgəni tərk edəcəyi gün daha da yaxınlaşır..."
QAZİLER.AZ