Paşinyan deyəsən başqa fikirdədir - Politoloq

Paşinyan deyəsən başqa fikirdədir - Politoloq backend

Putin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan sammitini müsbət qiymətləndirib, həmçinin qeyd edib ki, aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompramislər üçün yaxşı zəmin yaradıb.

 

Qaziler.az bildirir ki, politoloq Tural İsmayılov Putinin KTMT-nin sammitində çıxışını belə şərh edib:

"Sərhədlərin delimitasiyası, sərhəd və humanitar məsələlərlə bağlı qərarlar, Bakı və İrəvana sülh müqaviləsi bağlamağa imkan verəcək. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT – nin sammitində bildirib. Putin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan sammitini müsbət qiymətləndirib, həmçinin qeyd edib ki, aparılan danışıqlar prinsipial məsələlər üzrə gələcək kompramislər üçün yaxşı zəmin yaradıb. Rusiya Prezidenti bildirib ki, birgə bəyanatda 2020 və 2021 – ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. Putin vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat komunikasiyaların açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası, ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək, yekunda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına imkan verəcək. Rusiya liderinin bu qədər özünə arxayın bir çıxışına baxmayaraq, Paşinyan deyəsən başqa fikirdədir. Onun son dövrlər atdığı addımlar rəsmi İrəvanın Rusiyanı Qərbə dəyişdiyindən xəbər verir. Qeyd edək ki, Nikol Paşinyan KTMT – nin bəyyanamə təklifini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Hesab edirəm ki, Ermənistana yardımla bağlı təqdim olunan bəyanat kifayət qədər işlənib hazırlanmayıb və mən indi onu bu formada imzalamağa hazır deyiləm – deyə o bildirib".

QAZİLER.AZ

Diaspora