Toivo Klaarın Azərbaycana səfərinin məqsədi açıqlanıb - YENİLƏNİB

Toivo Klaarın Azərbaycana səfərinin məqsədi açıqlanıb -  YENİLƏNİB backend

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar 25-26 noyabr tarixlərində Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr aparmaq üçün bu axşam Bakıya gəlir.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq Toivo Klaarın ofisindən bildirilib.

Qeyd olunub ki, bu məsləhətləşmələrdə Aİ-Azərbaycan əməkdaşlığının gündəliyi və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.

***

17:39

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlir.

Apa xəbər verir ki, o, Vyanadan ayrılıb vacib görüşlər keçirmək üçün Bakıya səfərə yola düşdüyünü bildirib.

Diaspora