Nikol Paşinyandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına zərbə

Nikol Paşinyandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına zərbə backend

"Nikol Paşinyan İrəvanda keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının deklarasiyasını imzalamaqdan imtina edib. Niyə? Özü bu suala birmənalı cavab verib. Deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycanın Ermənistan ərazisini işğal etməsinə adekvat cavab vermədiyinə görə..."

Qaziler.az bildirir ki, bunu jurnalist Elbəyi Həsənli deyib.

"Bu günlərdə İlham Əliyev demişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın dostları Ermənistanın dostlarından çoxdur. İrəvanda Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çağıran mitinqdə çıxış edən bir siyasətçi isə İlham Əliyevin bu fikrinə etiraz edib. O deyib ki, ümumiyyətlə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında dostu yoxdur...

Başqa birisi isə bildirib ki, Ermənistan demokratik ölkədir. Diktatorların yığışdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın yeri deyil. Ermənistan Qərblə bir yerdə olamlıdır..." - deyə E.Həsənli qeyd edib.

QAZİLER.AZ

Diaspora